“Bakı Nəqliyyat Agentliyi (BNA) yeni avtobusların alınması və balansda olan nəqliyyat vasitələrinin təmirinin həyata keçirilməsi istiqamətində daşıyıcıların qarşısına tələblər qoyub”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib:

“Həmin tələblərin icrası nəticəsində il ərazində 700-ə yaxın nəqliyyat vasitəsi əsaslı şəkildə təmir olunub. Ötən il isə bu rəqəm 350 olub. Təxminən 1000-dən çox sərnişin avtobusu əsaslı şəkildə təmir olunub və xəttə buraxılıb. Hazırda xidmətin keyfiyyətinin artırılması üçün agentlik tərəfindən bütün zəruri tədbirlər görülür”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda sərxoş kişi arvadını döyüb öldürdü – SABUNÇUDA – OXUMAQ ÜÇÜN TIKLAYIN!