Azərbaycanda 2017-ci ilin 9 ayı ərzində 50 yaşdan yuxarı şəxslər arasında 2025 nikah qeydə alınıb. Bu barədə Ədliyyə Nazirliyi məlumat verib. Bildirilib ki, həmin şəxslərdən 1371-i kişi, 654-ü isə qadındır.

Hüquqşunas Asif Abdullayev Metbuat.az-a açıqlamasında bildirib ki, 50 yaşdan yuxarı boşanan cütlüklərin də sayı az deyil:

“Boşanmaq məqsədilə müraciət edən yaşlı kişilər arsında ağlabatan səbəb irəli sürən olmayıb. Onlar sadəcə olaraq həyat yoldaşları ilə yaşamaq istəmədiklərini bildiriblər. 50 yaşdan yuxarı qadınların boşanmasına səbəb isə ailədə normal münasibətlərin olmamasıdır. Xəyanət səbəbilə boşanmağa gələn qadınlar da çox olub. Hətta özünü sığortalamaq məqsədilə, ev və mülklə bağlı boşanan yaşlıların sayı da az deyil”.

Hüquqşunas qeyd edib ki, 50 yaşdan sonra boşanan cütlüklər arasında ən yaşlısı 88 yaşlı bir kişi olub. O, həyat yoldaşı ilə uzun müddət evli olmasına baxmayaraq, onunla yaşamaq istəmədiyini bildirib və boşanıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Toylarda oxunan mahnıya görə pul veriləcək... – VİDEO – OXUMAQ ÜÇÜN TIKLAYIN!