“Neftdən asılılığımız gələn il də əhəmiyyətini qoruyub saxlayacaq”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, bunun üçün 2018-ci il dövlət büdcəsinə Neft Fondundan (ARDNF) daxilolmaların həcminə diqqət yetirmək kifayətdir:
“Növbəti il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub. 2017-ci il ərzində isə bu rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az təşkil edirdi. Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji qiymətdən 12,5 % və ya 5 dollar çoxdur. Səbəb gələn il dünya bazarlarında neftin qiymətinin 50 dollar ətrafında olacağının proqnozlaşdırılmasıdır. Ancaq buna tam zəmanət varmı? Sözsüz ki, yox. Çünki neftin dünya bazar qiymətinin növbəti illər ərzində məhz siyasi proseslərin təsiri altında olacağı qətiyyətlə bildirilir”.
Temperatur 6 dərəcə enəcək - Güclü külək əsəcək – OXUMAQ ÜÇÜN TIKLAYIN!