“Lal yuxu” serialının baş rol qəhrəmanı və tanınmış aparıcı Şəhriyar Əbilov bu vaxta qədər ikinci yarısını tapmadığı üçün təəssüf hissini ifadə edib.
Tanınmış televiziya ulduzu Publika.az-ın “Üç nöqtə” layihəsi çərçivəsində yarım qalmış cümlələri tamamlayıb.
- İndiki ağlım olsaydı...
- Yaradıcılığa və karyerama daha tez başlayardım.
- Zəmanət verə bilərəm ki...
- Hər zaman keyfiyyətli işlər təqdim etməyə çalışacağam.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Müharibələrin qarşısını alardım.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Onlar üçün hər zaman maraqlı olan qadınları kişilər aldatmır.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Ağıllı, gözəl və cazibədar olmalıdır, həmçinin qadın kişini yaxşı başa düşməyi bacarmalıdır ki, onun üçün əvəzolunmaz ola bilsin.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Hər zaman cavan görünmək istəyirlər, başa düşülən haldır.
- Qadına qarşı şiddət...
- Anormallıqdır, xanımlara qarşı hər zaman diqqətli olmaq lazımdır ki, o da öz sevgisini qaytara bilsin.
- Vicdanıma and olsun ki...
- Heç vaxt Allahsız olmayacam.
- Təəssüf edirəm ki...
- Sevə biləcəyim insanı hələ tapmamışam.
- Vanqa nənə ilə görüşsəydim...
- Deyərdim ki, bu işlə məşğul olmasın, haramdır.
- Küsülü olduğum insana demək istəyirəm ki…
- Küsülü olduğum şəxs yoxdur, halallığı verirəm.
- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...
- Vaxtında çox böyük səhv edib, buna baxmayaraq onu hələ də unuda bilmirəm.
- Ən böyük səhvim o olub ki...
- Böyük səhvim olmayıb.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Ondan uzaqlaşıram.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Dünya maraqlı olsun deyə.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Tüklərim biz-biz olur.
- Günahlarım yadıma düşəndə...
- Tövbə edirəm.
- Dostlarıma ən çox onu məsləhət görürəm ki…
- Məni çox istəsinlər (gülürük).
- İlahi ədalətə inancımı o zaman itirdim ki…
- Allahın ədalətinə həmişə inanmışam.
- Heç vaxt heç kimə icazə vermirəm ki...
- Həddini aşsın.
- O zaman riskə gedirəm ki...
- Nəticənin gözəl olacağına inananda düşünmədən risk edirəm.
- Pis vəziyyətə düşəndə...
- Dua edirəm.
- Yaxşı gündə, pis gündə...
- Yaxşı dostlar hər zaman yanımda olsun.
- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.
- Minnətdaram.
Aytən