ABŞ və Almaniyadan olan mütəxəssislər "Pachliopta aristolochiae" kəpənək növünün qeyri-adi qanad strukturundan istifadə edərək analoqlarından iki dəfə daha səmərəli Günəş batareyaları yaradıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, istilik tənzimlənməsində qeyri-adi səmərəliliyə malik olan bu həşəratın qanadlarının quruluşu işığın absorbsiya intensivliyini dəyişməyə imkan verir.

Alimlər qeyd olunan kəpənəyin qanad quruluşunu öz tədqiqatlarında tətbiq etməklə hidrogen əlavəli amorf silisiumdan hazırlanan nazik plyonkadan ibarət Günəş batareyaları yaradıblar. Günəş batareyalarının yeni quruluşu 90 faizədək düz bucaq altında, 50 faizədək isə əlli dərəcəyədək düşən işığı absorbsiya edib.

Milli.Az