Virtual valyuta vahidi “Bitcoin” 6 min dolları keçdikdən sonra ona maraq sürətlə artıb. Hamıda belə bir sual yaranıb:

“Bitcoin” alaq, yoxsa almayaq?

Metbuat.az bildirir ki, iqtisadçı Vüqar Bayramov açıqlamasında bildirib ki, bəzilərinin dollara alternativ kimi baxdığı “Bitcoin”in aparıcı ölkələrin bu virtual pula münasibətindən asılı olacaq:

“Çin Xalq Respublikası bir müddət öncə “Bitcoin” istifadəsinin ölkə ərazisində məhdudlaşdırılacağı ilə bağlı məlumat yaymışdı. Lakin bir çox inkişaf etmiş ölkələrin “Bitcoin”ə marağının artması həmin məhdudiyyəti aradan qaldırdı. Və bu, “Bitcoin”ə qlobal marağı daha da artırdı. “Bitcoin” dollar yığımlarına təsir göstərir. Çünki “Bitcoin”in bütün hesablaşmaları dollarla aparılır. Virtual pulların sayı artdıqca, nağd pulların istifadə dairəsi nisbətən məhdudlaşır. “Bitcoin”ə də maraq artdıqca, bu, dolların dövriyyəsinə təsir edə bilər. Çünki “Bitcoin” özü dollar istifadə dairəsinə və ya nağd pullara təsir edir. Bununla belə, hələlik ciddi təsirlərin olduğunu söyləmək olmaz. “Bitcoin”in istifadəsində hər hansısa çətinlik olmazsa, ümumiyytlə, o valyuta coğrafi baxımdan limitsiz və məhdudiyyətsiz olaraq işləmək imkanına malik olarsa, bu, onlara marağın artmasına səbəb ola bilər. Reallıq bundan ibarətdir ki, hazırda bitkoindən istifadə dünya üzrə dayanmadan artır. “Bitcoin”ə marağın artması aparıcı ölkələrin virtual pullara yanaşmasından asılı olacaq. Çünki bəzi aparıcı ölkələr “Bitcoin”lərin istifadəsini məhdudlaşdıran zaman onun qiymətində azalmalar olur”.

İqtisadçı əlavə etdi ki, mərkəzləşdirilməmiş virtual valyutanın gələcəyi ilə bağlı risklər də qalmaqdadır:

“Ən ciddi narahatçılıq kəskin qiymət artımının “Bitcoin” üzərindəki köpüklərin partlamasına gətirib çıxara biləcəyi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun rəhbərinin “Bitcoin”lə bağlı xəbərdarlığından sonra bu risk daha da güclənməkdədir. Buna görə də, “Bitcoin” almaq istəyənlərin ehtiyatlı olması, bunu mərhələli şəkildə edərək, yığımlarını diversifikasiya etmələri çox vacibdir”.

Azərbaycanda minlərlə insan İNTERNETSİZ qala bilər – Oxumaq üçün tıklayın!