Azərbaycan nefti sürətlə bahalaşır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı neftin qiyməti bahalaşaraq, 59.07 dollar/barelə bərabər olub.

İqtsadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirir ki, neftin qiymətinin artması Azərbaycan üçün vacibdir:

“Neftin psixoloji xəttə çatması (60 dollar) qiymətin kəskin artımı deyil. Lakin əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Xüsusən də, son 1 ildə qiymət artımlarına diqqət yetirsək, praktiki olaraq son aylar neftin qiymətinin yüksək olduğunu müşahidə edə bilərik. Ötən ilin noyabr ayında “Brent” markalı neftin qiyməti 44 dollara qədər azalmışdı. Bu isə neftin qiymətində hiss edilən qədər artımlar var. Mövcud qiymət hazırda Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Çünki neftin 1 bareli büdcədə 45 dollar nəzərdə tutulub. Və artıq Azərbaycan neftinin qiyməti 60 dolara yaxınlaşır”.

İqtisadçı əlavə etdi ki, növbəti dövrlərdə qiymətin necə artacağını indidən proqnozlaşdırmaq çətindir:

“Çünki burada iqtisaqdi faktorlarla yanaşı, ciddi siyasi faktorlar da mövcuddur. Yaxın Şərqdə baş verənlər birmənalı şəkildə qiymətlərə təsir göstərir. Lakin hazırda neftin mövcud qiyməti Azərbaycanın iqtisadiyyatı üçün məqbul qiymət kimi proqnozlaşdırıla bilər”.

Qeyd edək ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Pensiyaların artımı ilə bağlı - VACİB XƏBƏR – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR