İlin sonuna qədər Azərbaycan millisinə yeni baş məşqçi təyin olunacaq.
Publika.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, gələn ilin fevral-mat aylarında millinin təlim-məşq toplanışı nəzərdə tutulub: “Buna görə də ilin sonuna qədər bu məsələ həllini tapmalıdır”.
E.Məmmədov millinin baş məşqçisinin yerli və ya əcnəbi mütəxəssis olacağı ilə bağlı deyib: “Bu məsələdə İcraiyyə Komitəsində müzakirə edildikdən sonra katiblik fəaliyyətə başlayacaq”.
Xatırladaq ki, bu gün AFFA millinin baş məşqçisi Robert Prosineçki ilə yolları ayırmaqla bağlı qərar verib. (qol.az)