Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 3 il ötür.

Metbuat.az-ın məlumatına görə, 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” bu gün istinad edilən, özünə kifayət qədər oxucu kütləsi qazanan sayta çevrilib.

Həm bir çox xarici ölkələrdə, həm də Azərbaycanın bölgələrində büroları fəaliyyət göstərən saytda siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə baş verən hadisələr operativ şəkildə işıqlandırılır.

Metbuat.az adından həmkarlarımızı ürəkdən təbrik edir və daha da böyük uğurlar qazanmağını diləyirik.