Avronun manata nəzərən məzənnəsi ucuzlaşmaqda davam edir.
Belə ki, hazırda 1,9782 manat təşkil edən avronun məzənnəsində ötən həftələrlə müqayisədə 0.3 AZN ucuzlaşma görülür.
İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, yaxın tarixdə avronun dollara və manata nəzərən güclənməsi gözlənilmir:
“Kataloniyada razılıq əldə edilməzsə, avronun məzənnəsinin dollara nisbətdə 1.15-ə qədər azalması mümkündür. Dünən Kataloniyada baş verənlər, anlaşmanın əldə edilməməsi avronun məzənnəsinə birbaşa təsir göstərdi. İspaniya Avrozonada ən böyük gücə malik 4 ölkədən biridir. Nəticə etibarilə, İspaniyada baş verənlər, eləcə də İtaliyada baş verə biləcək oxşar hadisələr avronun məzənnəsinə birbaşa təsir göstərməyə başlayıb. Bu da valyutanın məzənnəsində azalmalarla müşahidə edilib. Dolların manata nisbətdə məzənnəsi növbəti dövrdə avropa pulunun dollara nisbətdə məzənnəsinin dəyişməsindən asılı olacaq. İspaniyanın ərazi bütövlüyü ilə bağlı məsələdə razılıq əldə edilməsə, avronun yaxın vaxtlara möhkəmlənməsi gözlənilən deyil. İspaniyada razılıq əldə edilsə və Kataloniyanın müstəqilliyi ilə bağlı probem həll olunarsa, avro əvvəlki mövqeyinə qayıda bilər. Baş verən hadisələr ondan xəbər verir ki, avronun yaxın zamanlarda güclənməsi gözlənilən deyil. Azalmalar davam edəcək”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Kompüter və telefonların saatları geri çəkiləcək - Azərbaycan – OXUMAQ ÜÇÜN TIKLAYIN!