Türkiyənin İzmir şəhərində yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İzmirin Bornova rayonunda içində 5 polis əməkdaşının olduğu avtomobil beton maneəyə çırpılıb.

İlkin ehtimala əsasən avtomobilin yolda sıxışdırılması nəticəsində sürücü idarəetməni itirib.

Qəza zamanı 2 polis ölüb, 3-ü ağır yaralanıb.

Asayiş keşikçilərinin 24-27 yaşlarında olduğu bildirilir.

Milli.Az