Xalq artisti Rafiq Hüseynov bu gün Almaniyada xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada vəfat edib.

Metbuat.az xəbər verir ki, R.Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. O, Azərbaycan Televiziyasının ən sevilən diktorlarından idi. R.Hüseynovun yaradıcılıq fəaliyyəti çoxşaxəli iolub. O, diktorluqla yanaşı, aktyorluq da edirdi. Məhz bu cür çoxşaxəli yaradıcılığına görə də Xalq artisti adına layiq görülmüşdü. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata da layiq görülüb. R. Hüseynov 11 milli kinolfilmimizdə tarixdə qalacaq obrazlar yaradıb.

Türkiyədə hamı bu azərbaycanlı qızdan danışır - VİDEO - Oxumaq üçün tıkla