Masallıda dəhşətli qəza: ölən var

Masallıda dəhşətli qəza: ölən var
12:09 6 Aprel 2015
700 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın cenubnews.com-a istinadən məlumatına görə, Bakı-Astara yolunun Masallı rayon ərazisindən keçən hissəsində, Musaküçə kəndi dairəsi yaxınlığında Talıb Qardaş oğlunun idarə etdiyi "VAZ 21011" markalı 44 BH 130 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn "SHACMAN" markalı yük maşını ilə toqquşub.

 

Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib. Deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılaraq qalan sürücünün meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR