Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Avropa İttifaqı (Aİ) ilə Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsilə Mərkəzi Asiyaya çıxmaqla, Çin arasında möhkəm nəqliyyat əlaqələrini təmin edən vacib halqadır.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Qeyd edək ki, ötən gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.