Canavarlar həyətinə soxuldu

Canavarlar həyətinə soxuldu
12:22 6 Aprel 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhər Avtovağzalının arxasında mal-qara saxlayan Muxtar Əli oğlu Məmmədova məxsus atı canavarlar parçalayıblar.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, canavar heyvana gecə saatlarında hücum edib. Atın bir hissəsini yeyən canavarı itlər qovublar. Həmin ərazidə 5 ildir təsərrüfatla məşğul olan  Muxtar Məmmədov bundan əvvəl də belə halla rastlaşdığını deyir: ”Bundan əvvəl 1 inəyimi, 1 kəlçəmi, 1 dənə də atın balasını canavarlar parçalayıb”.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR