Bakı. 31 oktyabr. REPORT.AZ/ Belçikanın baş nazirinin ofisi Kataloniya Muxtar Vilayətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış Karles Puçdemonun Brüsseldə mətbuat konfransı keçirmək üçün məkan ayırmaq təklifini rədd edib.
Bu barədə "Report" "La Vanguardia" qəzetinə istinadən xəbər verir.
İlkin plana görə, Puçdemon Belçika baş naziri Şarl Mişelin xidməti səlahiyyətində olan kompleksdə KİV nümayəndələri önünı çıxmağa ümid edib. Amma muxtariyyətin vəzifədən uzaqlaşdırılmış başçısının istəyinə rədd cavabı verilib. Ardından mətbuat konfransının "Brüssel Avropa Mətbuat Klubu" platformasının məkanında keçiriləcəyinə qərar verilib.
Qəzetin məlumatına görə, Kataloniyanın keçmiş liderinin çıxışı yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə saat 15:30-da) başlayıb.
Xatırladaq ki, dünən KİV K.Puçdemonun Brüsselə qaçdığını və Belçikadan sığınacaq istəyəcəyini yazıb.