İnsanın arzu və istəkləri onun təkamlünün ölçüsünü büruzə verər. Ona görə də deyərlər ki, arzunu mənə de, sənə deyim kimsən. Ali məqamlı arzular insanın ruhunun və şəxsiyyətinin kamalından xəbər verər. Arzu insanı hərəkət etməyə vadar edər.
İmam Əli (ə) buyurur: "İnsanın dəyəri onun hümmətinin ölçüsündədir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəşərin də arzusu vardır və bu arzu bütün arzulardan daha alidir. Müntəzirin gəlməsi arzusudur. Bu intizar bəşəri parlaq gələcəyə ümidləndirir və yaşamaq sevinci verir.
Belə görünür ki, bəşərin gələcəyə ümidi və intizarı iki cürdür: ümumi intizar və xüsusi intizar.
İntizarın ümumi mənası.
Bu mənanı Məsumların (ə) kəlamında axtaraq. Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün ibadət - fərəcin intizarında olmaqdır".
"Ümmətimin ən üstün cihadı - fərəcin intizarıdır".
İmam Əli (ə) buyurur: "Fərəcin intizarında olun və İlahi rəhmətdən ümidsiz olmayın. Həqiqətən də izzət və cəlal sahibi olan Allah yanında ən xoşa gələn əməl - fərəcin intizarında olmaqdır".
"İnsanın ən üstün əməli - Allah tərəfindən olan genişliyin intizarını çəkməkdir".
Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, fərəcin intizarında olmaq ən üstün əməl və ibadət olması ilə yanaşı, insanları naümidlikdən uzaqlaşdırar və Allaha yaxınlaşdırar. Çünki ümidsizlik ən böyük günahlardan biridir: "Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz". ("Yusif" 87).
İntizarın xüsusi mənası.
Böyük İslam dini davamçılarına buyurur ki, siz müsəlmanlar gərək ancaq özünüzü düşünməyəsiniz. Ancaq yaxınlarınızın xoşbəxt olmasını arzu etməyəsiniz, bu intizarı bütün bəşər insanlarına şamil edəsiniz. İntizar gözünüz nəinki öz diyarınızın, bütün bəşər xalqının xoşbəxt olmasını istəsin.
İkincisi, sizin intizarınız sadəcə zahiri və səthi həyat üçün olmamalıdır. Siz gərək bu intizarınızı dərinləşdirəsiniz. Yəni, gələcəyə ümid bəsləyin ki, kamil ədalətə və həqiqətə qovuşasınız.
Ona görə də Həzrət Qaimin (ə.f) zühurunu həsrətlə gözləyin və onun intizarını çəkin. Onun fərəcinin tezləşməsi üçün çoxlu dua edin.
İmam Zamana (ə) aid bir duaya nəzər salaq.
Bəzi duaların oxunması Məsumlar (ə) tərəfindən bizə tövsiyə olunur. Belə ki, İmam Sadiq (ə) buyurur: "O zaman ki, batil əhli öz şəklərinə başlayacaqlar, ey Zurarə, əgər o dövrü dərk etsən (yəni sağ olsan), bu duanı oxu:
اللَّهُمَّ عَرِّفْنِی نَفْسَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی
نَفْسَکَ لَمْ أَعْرِفْ رَسُولَکَ. اللَّهُمَّ عَرِّفْنِی رَسُولَکَ
فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی رَسُولَکَ لَمْ أَعْرِفْ حُجَّتَکَ.
اللَّهُمَّ عَرِّفْنِی حُجَّتَکَ فَإِنَّکَ إِنْ لَمْ تُعَرِّفْنِی
حُجَّتَکَ ضَلَلْتُ عَنْ دِینِی
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin