​Azərbaycanda hesabatını təqdim etməyən 46 sığorta agentinin lisenziyası ləğv olunub

​Azərbaycanda hesabatını təqdim etməyən 46 sığorta agentinin lisenziyası ləğv olunub
13:22 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda qanunvericilikdən irəli gələn hesabatları təqdim etmədikləri üçün 46 sığorta agentinin lisenziyası ləğv olunub. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov bildirib.
M.İsrafilovun sözlərinə görə, eyni zamanda 81 sığorta agentinə hesabatlılıqla bağlı qanunvericiliyin tələbini yerinə yetirmədikləri üçün xüsusi məktub göndərilib. Həmçinin, 10 sığorta agenti bu sahədə perpektiv görmədiyi üçün könüllü lisenziyadan imtina edib. Ümimilikdə, 800-ə yaxın sığorta agenti hesabat təqdim edib,100-dən artığı hesabat təqdim etməyib.
İcbari Sığorta Bürosunun İT təlim və dəstək şöbəsinin müdiri Nizami Kərimov bildirib ki, kompensasiya ödənişlərinin həcmində illik artım müşahidə edilir. Belə ki, əgər 2013-cü ildə cəmi 54 min manat ödəniş olmuşdursa,2014-cü ildə bu gösrərici 253 min manata çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-hesabatini-teqdim-etmeyen-46-sigorta-agentinin-lisenziyasi-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR