Papa ismarış verdi (VİDEO)

Papa ismarış verdi (VİDEO)
13:26 6 Aprel 2015
65 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisk Pasxa xristian dini bayramı ilə əlaqədar Müqəddəs Pyotr Meydanında toplaşan insanlara və dünyaya sülh ismarışı verib.

ANS TV-nin məlumatına görə, Pontifik vəzifəsində artıq 3-cü Pasxa bayramını qeyd edən Papa münaqişə zonalarında dinc insanlara qarşı törədilən zorakılıqları sərt şəkildə tənqid edib. Papa xristianları təqib edən radikal qruplaşmaları bu fəaliyyətinə son qoymağa çağırıb.

Papa bir qədər əvvəl Keniyada öldürülən 150-dən çox tələbənin ruhuna dua edib. Pontifik, eyni zamanda, İranla 6-lıq ölkələri arasında Rəsmi Tehranın nüvə proqramına dair əldə olunan razılaşma ilə əlaqədar da məmnunluğunu ifadə edib.

Pasxa İsa Peyğəmbərin çarmıxa çəkildikdən 3 gün sonra yenidən dirilməsi münasibəti ilə qeyd olunan dini bayramdır. Pravoslav xristianları isə Pasxani fərqli təqvimə əsasən, aprelin 12-də qeyd edəcəklər.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR