“Report” bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.
2018-ci il dövlət büdcəsinin layihəsində Qida Təhlükəsizliyi Agentliyinin saxlanma xərclərinin ödənilməsi məqsədilə ilk dəfə olaraq vəsait nəzərdə tutulub. Bundan başqa, növbəti ilin büdcə layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi məqsədi ilə vəsait nəzərdə tutulub. “İşsizlik sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35 452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.