Bu gün Bakı metrosunda növbəti dəfə problem yaranıb.

Məlumata görə, metroda böyük sıxlıq yaranıb və platformaya yerləşməyən insanlar turniketlərin yanına kimi növbə gözləyib.

Qatarlara minə bilməyən insanların əksəriyyəti əks istiqamətdə hərəkət edən qatarlara minərək Həzi Aslanova gedib yenidən qayıtmaq məcburiyyətində qalıblar.

"28 May" metro stansiyasında isə çaşqınlıq yaranıb. Sərnişinlərə metronun "İçəri Şəhər" və ya "Dərnəgül" istiqamətinə gedəcəyi barədə dəqiq məlumat verilməyib.Tabloda bir şey yazılsa da, qatarın sonradan başqa istiqamətə hərəkət etdiyi açıqlanıb.

Yaranmış sıxlıq nəticəsində halı pisləşib, özündən gedən insanların olması barədə də məlumtlar var. //Milli.az

"Qoca" ləqəbli avtoritet həbs olundu - Oxumaq üçün tıkla