Misirlilər əsl futbol fanatlarıdır. 28 il sonra yenidən Dünya Çempionatına qatılmağı bacaran ölkə milli komandasının bu uğuru hətta bir ayağı olmayan fiziki qüsurlu (red. bu hadisədən sonra ona protez ayaq və Rusiyaya bilet hədiyyə olundu) azarkeşi də çılğına döndərib.

Milli.Az xəbər verir ki, Qahirənin "Əl-Əhli" komandasının Afrika Çempionlar Liqasında "Vidad"a qarşı final oyunundan əvvəl misirli azarkeşlər yenidən hər kəsi təəccübləndiriblər.

Komanda ÇL finalına çıxdı - 15 min azarkeş meydana doluşdu - VİDEO - FOTO

İlk oyunda 1:1 hesabı ilə bərabərə qalan Misir komadanasının təlim-məşq toplantısına 15 min futbol fanatı gəlib.

Heç kim bu qədər adamın adi məşq toplanışına gələcəyini gözləmirdi. Tribunalarda azarkeşlərə yer çatmadığından onlar meydançaya çıxıblar.

Komanda ÇL finalına çıxdı - 15 min azarkeş meydana doluşdu - VİDEO - FOTO

Bu səbəbdən "Əl-Əhlinin" məşqi yarımçıq dayandırılıb. Meydana çıxan futbol "dəliləri"nin etdikləri kameralarda həkk olunub.

Həmin görüntüləri təqdim edirik:

Komanda ÇL finalına çıxdı - 15 min azarkeş meydana doluşdu - VİDEO - FOTO

Adil Nəcəfov
Milli.Az

Videoları izləmək üçün şəklə klikləyin:

Komanda ÇL finalına çıxdı - 15 min azarkeş meydana doluşdu - VİDEO - FOTOMisir azərkeşləri

Komanda ÇL finalına çıxdı - 15 min azarkeş meydana doluşdu - VİDEO - FOTOMisir azərkeşləri 2

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində