Qadınlar turşudan zəhərləndi

Qadınlar turşudan zəhərləndi
13:56 6 Aprel 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iki nəfər sirkə turşusundan zəhərlənib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, zəhərlənənlərdən biri dünyasını dəyişib.

Belə ki, Kəpəz rayon sakini Mətanət Cəmilova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Digər hadisə isə Cəlilabad rayonunda baş verib. Rayon sakini Səringül Rəsulova sirkə turşusundan zəhərlənib. Onu da xəstəxanaya yerləşdiriblər.

Hazırda qadının vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR