Şamaxıda “Ümumrespublika yaşıllaşdırma”  marafonu çərçivəsində 17 min ağac əkilib

Şamaxıda “Ümumrespublika yaşıllaşdırma”  marafonu çərçivəsində 17 min ağac əkilib
14:18 6 Aprel 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Şamaxı, 6 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü əsasında reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Şamaxıda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri ilə yanaşı, sakinlərin də qoşulduğu aksiyada, ümumilikdə 4000 nəfər iştirak edib. Aksiya zamanı 1200-dən çox ağac, gül və bəzək kolları əkilib, şəhərdəki Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Kompleksinin qarşısında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında, Şamaxının küçə və parklarında səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb.
Marafon çərçivəsində rayon ərazisində bu günədək ümumilikdə müxtəlif növ 17 min ağac əkilib.
Ağacəkmə kampaniyası davam edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxida_Umumrespublika_yasillasdirma__marafonu_cherchivesinde_17_min_agac_ekilib-843849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR