"Fazilet hanım və kızları" serialında "Ece" obrazını canlandıran Afra Saraçoğlu "Women's Style Türkiye" dərgisinə maraqlı müsahibə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 20 yaşlı aktrisa şəxsi və iş həyatından danışıb.

O, sənətə ilk gəlişində anasının böyük rolu olduğunu bidirib:

"O zaman "İkinci Şans" filminə Nurgül Yeşilçayın qızı roluna aktrisa axtarılırdı. Anam da Özcan Dənizlə hansısa yolla əlaqə saxlayıb və mənim adımı verib. Sınağa çağrıldım və seçildim. Bu filmlə məşhurlaşdım. Daha sonra "Kötü Çocuk" üçün təklif gələndə çox sevindim".

Saraçoğlu hazırda canlandırdığı "Ece" obrazı ilə aralarındakı oxşarlıq haqda bunları söyləyib:

"Ece də atasız böyüyüb, mən də. Bundan başqa, o da mənim kimi hər şeyi içinə atır, gizli saxlayır. Amma fərqli cəhətimiz odur ki, o, anası nə deyirsə, onun sözü ilə hərəkət edir, mən isə istədiyim kimi. Sadəcə həmişə anamla məsləhətləşirəm".

Afra "Nə vaxtsa aşiq olmusan" sualına belə cavab verib:

"Eşq planlaşdırılacaq bir şey deyil. Gələcəkdə ola da bilər, olmaya da. Amma əgər bir gün aşiq olsam, hiss edəcəyim ən gözəl duyğulardan birini yaşamış olacam".

Milli.Az