Uşaq bağçasında qorxulu fakt

Uşaq bağçasında qorxulu fakt
16:36 6 Aprel 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda bir neçə uşaq bağçası, körpələr evində standartın tələblərinin pozulması faktı aşkar olunub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1, 2, 3 və Azadlıq küçəsində yerləşən 6 nömrəli uşaq bağçası-körpələr evində yoxlama aparılıb.

Araşdırma zamanı bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanmas”ı standartının tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, bağçaların mətbəx və məhsul anbarlarının vəziyyəti qeyri-qənaətbəxş olub.

Mətbəxdə olan soyuducular temperatur göstəriciləri ilə tənzimlənmədən istismar olunur, istismar olunan məişət qabları köhnəlmiş vəziyyətdədir, soba köhnə və paslanmışdır, odunlar uşaqların yataq otağında saxlanılır.

6 nömrəli bağçada otaqların qızdırılması üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həmdə otaqların qızdırılmasına kifayət deyildir. Habelə mətbəx işçiləri uniformayla təmin olunmamışlar və işçilər tibbi müayinədən keçirilməyib.

Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır.

Həmçinin bişirilmiş yeməklərin gündəlik nümünəsinin götürülmüsi zanamı normativ sənədin tələbinə riayət olunmur. Belə ki, gündəlik nümünə 100 qramdan az olmayaraq yemək və qarnir nümünələri həcmində qapalı steril şüşə qablarda götürülməli və 48 saat müddətində xüsusi soyuducuda və ya soyuducuda ayrılmış xüsusi yerdə 2-60 C saxlanılmalıdır. Lakin nümünələr adi qablarda götürülərək soyuducuda xammallarla bir yerdə saxlanılır.

Aşkar edilmiş bu və digər nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə iradnamə verilmiş, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=336186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR