Papua-Yeni Qvineyada, Yeni Qvineya adasının şərqində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Lae şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 124 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az