Müğənni Əlikram Bayramov klipindəki qıza görə həyat yoldaşı ilə problem yaşayıb.
Metbuat.az xəbər verir ki, müğənni efirlərin birində yeni klipindən danışıb. Belə ki, müğənninin həyat yoldaşı bu klipdən sonra onu çox qısqanıb.
"Xanımların qəlbi incədir. Onlar qısqanc olurlar. Mən də bu qısqanclığa məhəl qoymuram. Bu, mənim işimdir. Buradan xanımıma söyləyirəm ki, mən hər zaman onu sevmişəm. O, mənim qəlbimdədir. İki sevda çəkənin cəzası var. Mənim də qəlbimdə bir sevda var. Narahat olma, klipdir".
Qeyd edək müğənninin yeni mahnısı “Yaraşıqlı qız” adlanır. Klip Quba kəndlərin birində çəkilib.
| Rəşad Dağlının qızı və oğlu ilə - FOTOLARI - Oxumaq üçün tıkla |