Rusiyada daimi yaşamaq istəyən miqrantlar üçün test imtahanları mürəkkəbləşdirilib

17:37 6 Aprel 2015
177 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 17:32 ]


Bakı. Məlahət Nəcəfova - APA. Rusiyada daimi yaşamaq hüququ almaq istəyən miqrantlar üçün test imtahanları daha da mürəkkəbləşdirilib.

 

APA-nın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, tarix və hüququn əsasları üzrə imtahanlar zamanı 5 açıq sual əlavə olunacaq.

 

Xarici vətəndaşlar bu suallara cavabı özləri tapmadırlar. Suallardan üçü IX–XX əsrlərdə baş vermiş hadisələrə, digər iki sual isə Rusiyanın yeni tarixinə aid olacaq. Konkret olaraq miqrantlardan 2014-cü ilin martında Rusiya Federasiyasına hansı respublikanın daxil olduğu və 1990-cı il 12 iyun tarixində qəbul edilən sənədin adı soruşulacaq.

 

İmtahan vaxtı 150 dəqiqəyədək uzadılacaq.

 

Rusiyada daim yaşamaq istəyən əcnəbilər üçün leksik söz ehtiyatı minimum 1250, əməkçi miqrantlar üçün isə 950 söz olacaq. Yeni test forması iyulun 1-dən tətbiq ediləcək.  


Xatırladaq ki, 2015-ci ilin 1 yanvar tarixindən Rusiyada işləmək imkanı əldə etmək istəyən bütün miqrantlar rus dili, hüququn əsasları, Rusiya tarixi üzrə imtahan verməli və müvafiq sertifikat almalıdır. Hazırda iş icazəsi almaq və Rusiyada yaşayış hüququ əldə etmək şərtləri eynidir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR