Konfransda Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlarından danışılacaq

17:43 6 Aprel 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 9-dan 11-dək Quba şəhərindəki Heydər Əliyev mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cumhuriyyəti Başbakanlık Atatürk Kültür, Dil ve Tarih Yüksək Kurumu Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, ümumilikdə 100-dən artıq tanınmış alim və mütəxəssisin, rəsmi dəvət olunmuş qonağın iştirak edəcəyi tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan 58 alim maraqlı məruzələrlə çıxış edəcək.
Konfransın işi “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölmələri üzrə aparılacaq.
Qeyd edək ki, 1918-ci ilin aprel-may aylarında erməni-daşnak dəstələri Quba şəhərində və Quba qəzasının kəndlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımı həyata keçiriblər. 2007-ci ildə Quba şəhərində Qudyalçayın sağ sahilində aşkara çıxarılan kütləvi məzarlıq da bunu sübut edir.
Konfransın açılışından əvvəl tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.
Təqdim olunan məqalələr “AMEA Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışı” adı ilə çap edilib və konfrans iştirakçılarına paylanacaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Konfransda_Azerbaycan_ve_Serqi_Anadoluda_turk_muselman_ehaliye_qarsi_soyqirimlarindan_danisilacaq-843940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR