Aİ komissarı Bakıda Avropa Qonşuluq Siyasətini müzakirə edəcək

Aİ komissarı Bakıda Avropa Qonşuluq Siyasətini müzakirə edəcək
17:57 6 Aprel 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han aprelin 7-9-da Azərbaycana səfər edəcək.
"Report" "Aİ-nin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, Bakıya səfərinin sonunda Y.Han Avropa Qonşuluq Siyasətinin yenilənməsinə dair məsləhətləşmələr çərçivəsində müzakirələr aparacaq, eləcə də mayın sonlarında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitini və Azərbaycanla Aİ arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcək.
Bu, Y.Hanın Azərbaycana ilk səfəridir. 
Qeyd edək ki, yaxın 4 ay ərzində Aİ Avropa Qonşuluq Siyasəti proqramına yenidən baxılması məsələsinə dair məsləhətləşmələr aparır. Yenilənən proqramın oktyabr ayına qədər qəbul olunacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ai-komissari-bakida-avropa-qonsuluq-siyasetini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR