Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılıb

Ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılıb
18:07 6 Aprel 2015
316 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyənlər üçün sənəd qəbuluna başlanılıb. 
TQDK-dan "Report"a verilən xəbərə görə, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bununla əlaqədar bu kateqoriyadan olan abituriyentlər tələb olunan sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə təqdim etməlidirlər. I, II, III və IV qruplar üzrə sənədlər aprelin 30-dək, V qrup üzrə isə 5-18 may tarixlərində təqdim olunmalıdır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək qeydiyyata alınmalıdırlar.
Qeyd edək ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarı ilə təsdqi edilib. Siyahıda 30 yarış və müsabiqənin adı qeyd edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/ali-mekteblere-musabiqedenkenar-qebul-olmaq-isteyenler-ucun-sened-qebuluna-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR