2025-ci ilə qədər Bakı Metropoliteninin Bənövşəyi xətt üzrə 12 stansiyasının tikintisi başa çatacaq.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O qeyd edib ki, artıq həmin stansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb:

"Bənövşəyi xətt Qaraçuxur qəsəbəsinə qədər olacaq. Bildiyiniz kimi, artıq həmin xətt üzrə 2 stansiya - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları istifadəyə verilib. Digər stansiyaların da bəzilərinin tikintisi davam edir. 2025-ci ilə qədər bu xətt üzrə bütün stansiyalar istifadəyə verilməlidir". //Trend

Bakı metrosunda 7 vaqonlu qatarlar olacaq - Oxumaq üçün tıkla