“Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq “CNN”, “BBC”, “New York Times”, “Washington Post” və bu kimi digər nüfuzlu KİV-lər, Corc Soros kimi şəxslər də geosiyasi aktorlardır”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb: “Geosiyasi aktorlar siyahısına “Hollywood”u da əlavə etmək istəyirəm. Burada baş verən proseslər maraqlı suallar doğurur. Hüquqlarının qorunduğu demokratik ölkələrdə meqaulduzlar nə üçün bu ittihamları ötən 20-30 il ərzində səsləndirməyiblər? Nə tez bu proses belə siyasiləşdi?

Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi. Bəzi ölkələrdə bu məsələdən siyasi məqsədlərə çatmaq üçün istifadə cəhdləri müşahidə olunur”.

Günay Elşadqızı \ METBUAT.AZ