Azərbaycan Texniki Universitetinin tələbələri işə dəvət edən şirkətlərlə tanış olublar

Azərbaycan Texniki Universitetinin tələbələri işə dəvət edən şirkətlərlə tanış olublar
20:18 6 Aprel 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin insan resursları şöbəsi və Amerika Ticarət Palatasının (AMCHAM) Bakı nümayəndəliyi aprelin 6-da Azərbaycan Texniki Universitetində bu ali məktəbi bu il bitirəcək tələbələrlə görüş keçirib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMCHAM-ın Bakı nümayəndəliyinin təmsilçisi Zamirə Abbasova mayın 23-də respublikamızın paytaxtında əmək yarmarkasının keçiriləcəyini diqqətə çatdırıb. Həmin yarmarkada ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkətin iştirakı gözlənilir. Bu qurumlar tədbirdə 300-dən çox vakansiya haqqında məlumat verəcəklər.
AzTU-da keçirilən görüş işəgötürənlərlə universitetin sonuncu kurs tələbələri arasında əlaqələr yaratmaq məqsədi daşıyır. Yeni iş yerləri təklif edəcək müəssisə və təşkilatlara işaxtaranlar barədə məlumatların çatdırılması universitet məzunlarının məşğulluğunun təmin olunmasında böyük əhəmiyyət daşıyır. Bu imkanlardan bəhrələnmək üçün tələbələr xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçməlidirlər. Şirkətlər müvafiq namizədləri əmək yarmarkası zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcək, müvafiq ixtisaslar üzrə tələblərə cavab verənlər işə qəbul olunacaqlar.
Tədbirdə iştirak etmək istəyən tələbələr www.jobfair.az internet saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Texniki_Universitetinin_telebeleri_ise_devet_eden_sirketlerle_tanis_olublar-844019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR