İtaliyalı məşhur aşpaz Antonio Karluçço həyatının 81-ci ilində ölüb.
Publika.az xəbər verir ki, bu haqda “Sky News” nəşri bildirib.
"Böyük kədərlə elan edirik ki, Antonio Karluçço bu səhər öldü”, - baş aşpazın agenti açıqlayıb.
Karluçço 1999-cu ildə əsası qoyulan “Carluccio's” restoranlar şəbəkəsi ilə məşhur olmuşdu. Bundan başqa, o, kulinariya teleşousunda daim iştirak edirdi. Baş aşpaz bütün dünyada müvəffəqiyyətlə satılan 22 kitabın müəllifidir.
O, 2007-ci ildə ictimai qidalanma sənayesində xidmətlərinə görə Britaniya kraliçasından orden alıb.
Karluçço italyan mətbəxinin “xaç atası” hesab edilirdi.