“Neftçi” və “Qarabağ” klubları Azərbaycan çempionatlarında yubiley matçına çıxıb

“Neftçi” və “Qarabağ” klubları Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
20:53 6 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan çempionatlarında ən çox oyun keçirən iki klub - “Neftçi” və “Qarabağ” yubiley matçına çıxıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, 1992-ci ildə start götürən yarışın daimi iştirakçıları 650-ci qarşılaşmada qüvvələrini sınayıblar. Hər iki komanda Topaz Premyer Liqasının 28-ci turunadək 649 görüş keçirdiyi üçün aprelin 5-dəki matçlar yubiley xarakteri daşıyıb. “Neftçi” “Simurq”la, “Qarabağ” isə “Bakı” ilə səfər oyununda 650-yə çatıb.
“Neftçi” 1:0 hesabı ilə qalib gəlib, 387-ci qələbəsini qazanıb. “Qarabağ” üçün 1:1 hesablı heç-heçə 155-ci bərabərlik olub.
Qeyd edək ki, ölkə çempionatlarında ən çox oyun keçirən komandalar arasında ilk “beşlik”də “Turan” (584), “Bakı” (510) və “Kəpəz” (482) də yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchi_ve_Qarabag_klublari_Azerbaycan_chempionatlarinda_yubiley_matchina_chixib-844037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR