Koalisiya qüvvələri Yəmənin sabiq prezidentinin doğulduğu rayona hava zərbələri endirib

19:57 6 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 20:53 ]


Bakı-APA.  Aprelin 6-da  koalisiya qüvvələri Yəməndə sabiq prezident Əli Abdulla Salehin doğulduğu dağlıq Sənhan rayonuna hava zərbələri endirib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Arabiya” telekanalı məlumat yayıb.

 

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Hazırda Yəmənin sabiq prezidentinin məhz Sənhanda gizləndiyi bildirilir.

 

Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR