Hadisə yerindən qaçan sürücü saxlanıldı

Qaradağda hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 8-də saat 4.00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən sərxoş vəziyyətdə olan Şamaxı rayon sakini Sovqat Məmmədovun kəllə-beyin xəsarəti və ayağı sınmış vəziyyətdə xəstəxanaya gətirilməsi barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti aldığı məlum olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş tədbirlərlə hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Eldar Eldarov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Gəncə sakini həmyerlisini girov götürüb - DİN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR