Keniya 148 nəfərin qisasını alır

Keniya 148 nəfərin qisasını alır
06:06 7 Aprel 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Keniyanın qırıcı təyyarələri Somali ilə həmsərhəd bölgədə ekstremist Əş-Şəbab qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

ANS PRESS-in məlumatına görə, hərbi təyyarələr Gedo rayonunda qruplaşmaya məxsus iki düşərgəni hədəfləyib.

Ordu qüvvələri sözü gedən iki düşərgənin tamamilə dağıdıldığını bildirib. Şahidlər isə deyirlər ki, bombardman rayonunda üç mülki şəxs də həlak olub.

Keniyanın ilk dəfə olaraq hava zərbələrinə əl atmasına səbəb bu qruplaşma tərəfindən ötən həftə Qarissa Universitetinə basqın edərək 148 nəfəri qətlə yetirməsi olub. Prezident Uhuru Kenyatta bu basqından sonra terrorçulara “ən sərt şəkildə cavab veriləcəyini” vəd etmişdi.

Əl-Qaedaya bağlı əş-Şəbab təşkilatı isə öz növbəsində bildirib ki, Keniya ilə müharibə vəziyyətindədir və bu ölkəyə aid qoşunların Somalidən çıxarılmasını tələb edir. Keniya qoşunlarını 2011-ci ildə Somali hökumətini dəstəkləmək üçün göndərmişdi.
Mənbə
Azadlıq Radiosu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=336292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR