Bakı metrosuna könüllülər lazımdır

Bakı metrosuna könüllülər lazımdır
10:56 7 Aprel 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Birinci Avropa oyunları zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə könüllülər tələb olunur.

ANS PRESS-in qurumun saytına istinadən verdiyi məlumata görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olmaqdan ibarət olacaq.

Könüllü ingilis dilində sərbəst danışmağı bacarmalı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olmalıdır.

Digər xarici dilləri bilmək təqdirəlayiqdir. İş rejimi, iyunun 12-dən 28-i tarixinədək olmaqla hər gün 6-7 saat təşkil edir. Könüllü olmaq istəyənlər qoşmadakı anketi doldurub, 27 aprel 2015-ci il tarixinə kimi, volunteer@metro.gov.az ünvanına göndərə bilərlər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR