Play Store

Birinci vitse prezidentin köməkçisi kimdir? - DOSYE

Xəbər verdiyimiz ki, bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçisi təyin edilib. Bu vəzifəni Gündüz Kərimov icra edəcək.

Gündüz Kərimov kimdir?

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, "Baker McKenzie" və onun Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsində çalışıb.

2000-ci ildən etibarən Bakı Dövlət Universitetində kommersiya hüququ və beynəlxalq intellektual mülkiyyət kurslarını tədris edib.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun hüquq fakültəsinin dekan müavini vəzifəsini icra edib.

O, Beynəlxalq Ticarət Palatasının, Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvü, eləcə də, Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

Evlidir, iki övladı var. //Oxu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR