“Report”un Banka istinadən verdiyi xəbərə görə, mövsümi bizneslə məşğul olanlar üçün ödəniş qrafiki elə tərtib olunacaq ki, gəlir götürdüyü dövrdə çox, gəlir götürmədiy dövrdə az məbləğdə ödəniş etmə imkanı əldə edəcəklər.
"Məsələn, əgər siz təsərrüfatla məşğulsunuzsa, məhsul götürüb satış həyata keçirdiyiniz dövrdə çox, əkin işləri ilə məşğul olduğunuz dövrdə daha az ödəniş etmək imkanınız olacaq. Beləliklə siz, daha əlverişli qrafik ilə kreditləriniz üzrə ödəniş etmək imkanı qazanacaqsınız", - deyə Bankın məlumatında qeyd olunub.