İtaliyalı nazir Azərbaycana gəlir

İtaliyalı nazir Azərbaycana gəlir
12:52 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Azərbaycana aprelin 14-15-də baş tutacaq səfəri zamanı iki ölkə arasındakı iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq.

Bu barədə Trend-ə diplomatik mənbələrdən məlum olub.

Quidinin Azərbaycana səfəri çərçivəsində onun ölkə rəhbərliyi və hökumət nümayəndələri ilə, o cümlədən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə, energetika naziri Natiq Adilov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla, nəqliyyat naziri Ziya Məmmədovla və kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşü gözlənilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 554,8 milyon ABŞ dolları təşkil edib. Bu ilin ilk iki ayında Azərbaycandan İtaliyaya ixrac 485,7 milyon ABŞ dolları, İtaliyadan idxal isə 69 milyon ABŞ dolları həcmində olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR