"Fənərbaxça" avtobusuna hücum edənlərin adları bilindi (FOTO)

"Fənərbaxça" avtobusuna hücum edənlərin adları bilindi (FOTO)
13:41 7 Aprel 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça" avtobusuna silahlı hücumda şübhəli bilinən 2 nəfərin adı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, şübhəlilərin Nihat S. (38) və Emre A. (27) adlı şəxslər olduğu bildirilir.

Sözügedən şəxslərdən biri "Fənərbaxça" avtobusunu izləyib. Digər şəxs isə silahlı hücum baş verən zaman hadisəni cib telefonunun yaddaşına köçürüb. Şübhəli şəxslər hazırda polis tərəfindən dindirilir.

Son məlumatlara görə, saxlanılan şəxslər hadisəni etiraf etmirlər. Şübhəlilər silahlı hücumla əlaqələrinin olmadığını iddia edirlər.

Xatırladaq ki, aprelin 4-də axşam saatlarında “Çaykur Rizəspor”la oyundan qayıdan “Fənərbaxça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub. Hadisədən sonra "Fənərbaxça" avtobusunu idarə edən sürücü yaralanıb.









Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR