Qızlarımla yanaşı olanda çoxları bizi bacı sayır. Bu, məni xeyli şənləndirir.

Kanadanın Yeni Şotlandiya əyalətində yaşayan 40 yaşlı Kiena Buker, gerçəkdən də, yaşından xeyli gənc görünür.

Milli.Az Yahoo Lifestyle-a istinadən bildirir ki, 18 yaşlı Kliena və 16 yaşlı Kolieya adlı iki qızı, 4 yaşlı Obi adlı oğlu olan Kienanın fotolarını övladları sosial şəbəkələrdəki profillərində paylaşandan sonra o məşhurlaşıb.

Klienanın 5 ildən bəri rəsmi nikahda olduğu əri O-Brayan da xanımının ondan gənc göründüyünü gülərək söyləyib.

"Məni məşhdurlaşdıran İnstagram-dakı profilimdə paylaşdığım zarafatyana kollaj oldu. Kollajın yuxarısında qızlarımla 13 il əvvəl çəkilən, aşağıda isə ötən il çəkilmiş foto vardı. "Burada yaşlı ana kimdir?" yazmışdım", - Kiena söyləyib.

Kienanı qızlarının bacısı sayanlar isə az deyil.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin