Aprel döyüşləri ilə bağlı medal təsis edilə bilər

2016-cı ilin aprel döyüşləri ilə bağlı yeni medal təsis edilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında "Rəşadət" ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, aprel döyüşlərində iştirak edən və qəhrəmanlıq göstərən hərbçilərin həmin medalı sinələrində daşımağa haqları var.

Qeyd edək ki, 2016-ci ilin aprel döyüşləri Azərbaycanın qələbəsi, 2 min hektardan artıq ərazinin erməni işğalından azad edilməsi ilə nəticələnib. //trend

Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi - Azərbaycanda


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR