Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki "ehtiraslı gecə"lərdən birinə polis son qoyub.
Milli.Az Arabian Times-a istinadən bildirir ki, şəhər sahilindəki lüks yaxtada keçirilən eyş-işrət gecəsinin 28 iştirakçısı həbs olunub.
Yaxtada 21-43 yaşlarında 15 kişi və 30-26 yaşlarında 13 qadın vardı.
2 kişi və 3 qadın müxtəlif müddətə azadlıqdan məhrum olunublar. Onların həbs müddəti başa çatandan sonra bu şəxslər BƏƏ-dən deportasiya olunacaqlar.
Gecənin 9 iştirakçısı isə spirtli içkilər içkdiklərinə görə 544 dollar məbləğində cərimə ödəməlidirlər.
Tutulanlar BƏƏ, İran, Komor adaları, Yəmən, Oman, Səudiyyə Ərəbistanı və Mərakeş vətəndaşlarıdır.
Milli.Az