Teymur Rəcəbov 3 turdan sonra FİDE Qran-pri mərhələsinin liderlər qrupundadır

Teymur Rəcəbov 3 turdan sonra FİDE Qran-pri mərhələsinin liderlər qrupundadır
01:02 19 Noyabr 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.
“Report” xəbər verir ki, T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.
T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda ispan Fransisko Valyexo üzərində qələbə qazanıb.
Üç turdann sonra Rəcəbov, Svidler, Vaşye-Laqrav, Qiri və Aronyan hərəyə 2 xal toplayaraq liderlər qrupunda yer əlablar.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/teymur-recebov-3-turdan-sonra-fi-de-qran-pri-merhelesinin-liderler-qrupundadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR