Azərbaycanlı müğənni xəyanətdən danışdı

Tanınmış müğənni Rəvan Qarayev boşanması haqda danışıb.

Metbuat.az xəbər verir ki, efirlərin birində müğənni bildirib ki, boşanmasına xəyanət səbəb olmayıb.

“Elə şeylər vari idi ki, o, barışmırdı. Deyirdi ki, gec gəlirsən evə. Yayda mənim işlərim çox olurdu, bununla barışmırdı. Onun üçün çətin idi. Xəyanət olmayıb. 1-2 dəfə nəsə baş versə də, xəbəri olmayıb. Xəyanət ani haldır, kişini yoldan çıxarırlar. Mühitdən çox şey asılıdır. Dostlardan 3-4 nəfər meyilli oldusa, səni yoldan çıxaracaq. Təbii ki, ətrafımda belələri var”. Xatırladaq müğənni 2 dəfə evli olub, boşanıb. O, son boşanmasından sonra bir daha evlənməyəcəyini söyləyib.

SORĞU: Ən çox hansı meyxanaçıya qulaq asılır? - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR